• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir
07.11.2024 13:10
Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir. Bu layihələr sırasında "Təhsilə dəstək” istiqaməti xüsusi yer alır. 

Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank” otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.

Ötən günlərdə Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev "Uğur layihəsi və müasir bankçılıq” mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə "Vaxtın doğru idarə edilməsi”, "İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu”, "Bankçılığın müasir tendensiyaları”, "Rəqəmsallaşma” kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb. 

Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan "Kibermüdafiə” mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov "Kibertəhlükəsizlik sahəsində karyera” mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib. 

Kapital Bank-ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili "Kiber hücumların anatomiyası” mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə "Tətbiqi proqramların təhlükəsizliyi” mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb. 

Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.  



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol