• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana xaricdən uçuşların sayı 20 %-ə yaxın artıb

Azərbaycana xaricdən uçuşların sayı 20 %-ə yaxın artıb
07.11.2024 14:46
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 41 ölkədən 22 446 aviareys təşkil olunub, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 651 aviareys (19,4 %) çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatıbda bildirilib. 

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 6 614 reys. Bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.

Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 917 uçuş olub ki, bu da illik müqayisədə 3,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 629 reyslə (+35,5 %) daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 1 687 reyslə (+ 27,1 %), Qazaxıstan 730 (+ 7,6 %), Səudiyyə Ərəbistanı 697 (- 11,4 %) , Hindistan 554 (+4 dəfə), Qətər 489 (+ 58,7 %), Özbəkistan 359 (- 29,6 %) və Küveyt 353 reyslə (+ 14,2 %) daxildir.

İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə oktyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6 % artaraq 2 101 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 656 uçuş olub ki, bu da illik müqayisədə 4 % çoxdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol