• $
  • £

Milli ödəniş sistemi vasitəsilə emal edilən əməliyyatların dövriyyəsi 3,6 dəfə artıb

Milli ödəniş sistemi vasitəsilə emal edilən  əməliyyatların dövriyyəsi 3,6 dəfə artıb
03.12.2024 10:43
Son 3 ildə Azərbaycanda  milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 miyard manat təşkil edib. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib.  Bunu Azərbaycan Bank Assisoasiyasının rəhbəri Zakir Nuriyev YIII Beynəlxalq Bankşılıq Forumunda bildirib.
 
"Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir.
Növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosistemin qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsi məqsədilə lokal ödəniş kartlarının emissiyası məsələsi daha geniş çərçivədə müzakirə edilərək mövcud imkanlar və gələcək perspektivlər qiymətləndirilməlidir. Hesab edirik ki, lokal ödəniş kartlarının emissiyası ekosistemdə rəqabəti daha da təşviq etməklə xidmət haqlarının effektiv formada tənzimlənməsinə, uzunmüddətli perspektivdə infrastrukturun davamlılığının daha da artırılmasına imkan verəcəkdir",   - Nuriyev bildirib.  
 
Onun sözlərinə görə,  ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra Azərbaycanda 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb.
 
Bununla belə Nuriyev bildirib ki, rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir.
 
"Maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir.  Maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya hub-ın yaradılması diqqət mərkəzində saxlanılmalıdır",  -  o əlavə edib. 
 
Onun sözlərinə görə, ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün ola biləcək sui-istifadə halları və bazara mənfi təsir effektləri məhdudlaşdırılmalıdır. 
 
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən innovasiya mərkəzinin yaradılıb ki, bu da maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasını asanlaşdırmalıdır. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
İqtisadiyyat 12:45
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
İqtisadiyyat 12:40
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol