• $
  • £

"Abzas media" üzrə növbəti məhkəmə dekabrın 17-də keçiriləcək

05.12.2024 12:06
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas media” işi üzrə növbəti məhkəmə keçiriləcək. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. 
 
Bundan əvvəl Sadıqova bildirib ki, "Abzas media" işi üzrə ibtidai istintaq yekunlaşıb. 
 
"Abzas” media saytının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kəkalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı ekspert Fərid Mehrəlizadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunublar.

Bunlar 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (xüsusən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddələridir. ), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürlərini, ştamplarını, blanklarını saxtalaşdırma, qanunsuz hazırlama və ya satma və ya saxta sənədlərdən istifadə etmə), Azərbaycan Cinayət Məcəlləsinin 320.2 (qəsdən saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma).
 
Bu maddələr 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
 
Aytac 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda kommunal, lift, işıqlandırma və yaşıllaşdırma xidmətləri üzrə yeni MMC-lər yaradılacaq
Cəmiyyət 17:15
Bakıda kommunal, lift, işıqlandırma və yaşıllaşdırma xidmətləri üzrə yeni MMC-lər yaradılacaq
Xocavənd kəndində torpaqların güzəştli icarəsi üçün müraciətlərə başlanıldı
Cəmiyyət 15:34
Xocavənd kəndində torpaqların güzəştli icarəsi üçün müraciətlərə başlanıldı
Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:29
Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
Azərbaycanda pensiya ödənişləri 10% artıb
Cəmiyyət 13:29
Azərbaycanda pensiya ödənişləri 10% artıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:18
Sabahın hava proqnozu açıqlanıb
Bilgəh Modul Tipli Xəstəxanada növbə problemi - pasiyentlər narazıdır
Cəmiyyət 11:55
Bilgəh Modul Tipli Xəstəxanada növbə problemi - pasiyentlər narazıdır
Deputat: vətəndaşın vaxtı və pulu itir, reyslər niyə dəyişdirilir?
Cəmiyyət 11:45
Deputat: vətəndaşın vaxtı və pulu itir, reyslər niyə dəyişdirilir?
Qudyalçayda azyaşlı oğlan boğulub
Cəmiyyət 09:43
Qudyalçayda azyaşlı oğlan boğulub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Cəmiyyət 20:27
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol