Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov öz ərizəsi əsasında vəzifəsindən azad edilib. Onun yerinə hələlik yeni təyinat olmayıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, idarənin rəis müavinləri Məlahət Gözəlova və Rasim Quliyev də tutduqları vəzifələrdən azad edilərək qurum daxilində digər vəzifələrə keçirilib.
Xosrov Əbdürəhmanov 2018-ci ilin may ayında Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.