Rusiyanın axtarışa verdiyi sabiq hakim Bakıda saxlanılıb
![Rusiyanın axtarışa verdiyi sabiq hakim Bakıda saxlanılıb Rusiyanın axtarışa verdiyi sabiq hakim Bakıda saxlanılıb](https://anews.az/photo/850x500/2025-01/1737991334_elena.jpg)
Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.
Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun 2016-2019-cu illərdə 127 iş günü işdə olmadığı və qanunsuz olaraq 1 milyon 195 min rubl maaş aldığı bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər