• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda avtobus avtomobilin üstünə aşıb - Yaralılar var/Video- YENİLƏNİB

Lənkəranda avtobus avtomobilin üstünə aşıb - Yaralılar var/Video- YENİLƏNİB
28.01.2025 15:45
Lənkəranın Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "Vaz" markalı avtomobil və  Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. 
 
Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.
 
 
***
 
Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində  23 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
Məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. 

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər
 
***
 
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin atobusu VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
 

 
Daxili İşlər Nazirliyindən faktı anews.az-a təsdiq ediblər. 
 
Bildirilib ki, hadisə bir neçə dəqiqə öncə baş verib. Təfərrüatları barəsində ətraflı məlumat veriləcək. 
 

       
 
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib
Cəmiyyət 15:45
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Cəmiyyət 14:57
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb


Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Cəmiyyət 14:34
Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol