• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ümid edir ki, ABŞ-la münasibətlər yenidən bərpa olacaq

Prezident ümid edir ki, ABŞ-la münasibətlər yenidən bərpa olacaq
12.02.2025 10:36

Azərbaycan ABŞ-la münasibətlərini yenidən bərpa edəcəyinə ümid edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. 

“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”, - Əliyev deyib. 

 

Ölkə başçısı qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var.

 “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-də dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”, - prezident vurğulayıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb
Cəmiyyət 18:07
Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Cəmiyyət 17:50
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
Cəmiyyət 17:33
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Cəmiyyət 17:15
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol