• $
  • €
  • ₽
  • ₺
  • £

23 şirkətə ödəniş bazarında çalışmaq üçün lisenziya verilib

23 şirkətə ödəniş bazarında çalışmaq üçün lisenziya verilib
14.02.2025 12:09

Azərbaycanın ödəniş bazarında fəaliyyət göstərən 31 şirkətdən 23-nə müvafiq lisenziya verilib.  Bu barədə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Bunlardan 14-ü elektron pul təşkilatı, 8-i ödəniş təşkilatı,  biri isə elektron pul təşkilatı və ödəniş sistemi operatorudur. 

Lisenziyalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanı almağa dair müraciət edən digər təşkilatların təklifləri qiymətləndirimə mərhələsindədir", - Talıbov deyib.  

O həmçinin bildirib ki,  tənzimləyici quruma xüsusi tənzimləmə rejimində iştirak üçün təqdim olunan müraciətlər daha çox virtual aktivlər, kriptovalyutalar və bu sahədə olan digər yanaşmalarla bağlıdır. 


N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol