• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası

Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
03.03.2025 16:17

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları
dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il
tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq “Hər
İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini
geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri
və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.


Yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş
tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor
əməkdaşlıqları, eləcə də uğura gedən yolda xanımların motivasiyasına həsr
olunacaq.


Tədbirin ilk panel müzakirəsi 6 mart tarixində saat 11:00-da baş tutacaq.
“Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olunan bu
sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın
sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə ediləcək. Panel
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü, Ayan Nəcəfin
moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri Kapital Bank-ın İdarə Heyətinin
üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS
Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə
Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat
İnzibatçısı Svetlana Əliyevadır.


7 mart tarixində saat 11:00-da keçiriləcək ikinci panel isə “Uğurun adı: Qadın”
mövzusunda olacaq. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar
təcrübələrini və qazandıqları uğurun hekayəsini paylaşacaqlar. Bu sessiyanın
moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel
Mavliyarovadır. Spikerlər arasında AMFA-nın icraçı direktoru, ASK-nın vitse-
prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CosybyMadi”
brendinin təsisçisi Mədinə Quliyeva və “Ballı Bisi” şirniyyat evinin qurucusu
Esmira Quluzadə yer alacaq.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi,
onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı
hədəfləyir. Bununla yanaşı yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes
istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış

olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi
aparmaq şansı yaradacaq. 6-7 mart tarixlərində, saat 11:00 dan 19:00 qədər
“Passage 1901” ünvanında keçiriləcək yarmarkaya hər kəs dəvətlidir.


Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat
vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən
Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/
saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol