• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xizək alpinistləri Türkiyə çempionatında iştirak edib

Azərbaycanın xizək alpinistləri Türkiyə çempionatında iştirak edib
16.03.2025 21:15

Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak ediblər.

Report Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.

Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub.

Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yeri tutub.

U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında ikinci yerə sahib olub.

Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.

 Xizək Alpinizmi üzrə Türkiyə Çempionatı 14-16 mart tarixlərində keçirilib

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol