• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan birinciliyinin zona yarışları start götürür

Azərbaycan birinciliyinin zona yarışları start götürür
23.03.2025 19:30

Sabah 2010-cu il və daha kiçik yaş qrupundan olan oğlan həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışları start götürəcək.

Turnir ölkənin müxtəlif regionlarından gələn yeniyetmə həndbolçuların iştirakı ilə keçiriləcək.

Zona yarışlarının ilk mərhələsi sabah Şəmkir Olimpiya Kompleksində baş tutacaq. Tədbirdə Qərb bölgəsini təmsil edən Gəncə, Göygöl, Mingəçevir, Qazax, Şəmkir və Tovuz komandaları mübarizə aparacaq.

Növbəti zona yarışı isə martın 26-da Cəlilabad Olimpiya Kompleksində keçiriləcək. Burada cənub bölgəsindən Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Neftçala və Yardımlı komandaları güclərini göstərəcəklər.

Reqlamentə əsasən, hər zona yarışında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanaraq Azərbaycan birinciliyində iştirak hüququ əldə edəcəklər.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı altında keçiriləcək zona yarışları ölkədə həndbolun inkişafı ilə yanaşı, yeniyetmələrin potensialını üzə çıxarmaq məqsədi daşıyır

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol