• $
  • €
  • ₽
  • ₺
  • £

Brent markalı neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edəcəkmi?- Şərh

Brent markalı neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edəcəkmi?- Şərh
07.04.2025 18:11

London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 63,01 ABŞ dolları olub. Brent markalı neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına  necə təsir edəcək?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, neftin dünya bazarında qiyməti Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilər. Çünki bu halda ölkəyə daxil olan valyutanın həcmi azalacaq. 

"Neft uzcuzlaşarsa ölkəyə daha az valyuta daxil olacaq.  Qiymət yüksələndə  isə valyuta gəlirləri artır. Ümumi ixracımızın 80 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Amma sözsüz neft dünya bazarında  qısa i və uzun müddətli əsaslarla ucuzlaşa bilər. Son qiymət artımları ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır.  Gözlənilir ki, qlobal ticarətdə 330 milyard dollarlıq azalma müəyyən neqativlərə səbəb olacaq. Neftin qiymətinin düşməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Azərbaycanın bu konteksdə təhlükəsizlik yastığı formalaşıb. Amma sözsüz növbəti dövrdə də neftin dünya bazarındakı qiyməti Azərbaycana daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq",- deputat vurğulayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikrincə,  Brent markalı neftin aşağı düşməsinin hələlik  Azərbaycan üçün təhükəsi yoxdur.

"Neftin qiymətinin düşməsi aprelin 3-dən başlayıb. Artıq brent markalı neft 12 faiz öz dəyərini itirib. 2021-ci ilin aprelində  65 dollardan aşağı səviyyəyə satılırdı. BuTrampın aprelin 2-də elan etdiyi ticarət müharibəsinə bazarın münasibətidir.  Ticari əlaqələr zəiflədikdə iqtisadi artım azalır və bu zaman enerjiyə tələbat azalır. Bazarda kifayət qədər neft var.  Bundan əlavə 441 min barel gündəlik OPEC+ səviyyəsində hasilatın artırılması gözlənilir. Belə bir şəraitdə neft tacirləri əllərində olan fyuçes müqavilələri üzrə həcmləri çıxarırlar ki, müəyyən vaxt sonra nefti daha ucuz satmasınlar.   Azərbaycan üçün birinci rübün yekunları hələ açıqlanmayıb.  Mən mətbuata açıqlanan qiymətlər fonunda hesabladım ki,orta qiymət 1 barrel üçün 76 dollar ətrafındadır. Bu baxımdan neftin orta qiyməti 65 dollar olsa belə, ilin birinci yarısı üçün orta qiymət büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olmayacaq  Bu baxımdan hər  hans həyəcana səbəb yoxdur. Büdcə formalaşdırılarkən həmişə risklər nəzərə alınır. Büdcə müəyyən olunan zaman beş dollar aşağı hesablanır", - Ilham Şaban bildirirb.

İqtisadçı ekspert Akif Nəsirli bildirir ki, neftin ucuzlaşması davamlı olarsa  Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayarcaq. 

"Bu prosesin uzun müddət  davam etməsi  Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilər. Azərbaycan iqtisadiyyatı çox sadə quruluşa malikdir və birbaşa neftin qiymətindən asılıdır. Yəni neftdən gələn gəlir, dövlət büdcəsinin 70 faizini formalaşdırır. Büdcənin təxminən 13 milyard manatı birbaşa neft fondundan transfer edilir. Maliyyə yastıqları əriməyə başlayacaq. Azərbaycan höküməti 2015-ci ildə baş verən hadisələrdən dərs çıxarmayıb. Neft qaz gəlirləri Azərbaycan iqtisadiyyatını tənbəlləşdirib.  Mayda qiymətlər kəskin şəkildə  düşəcək. Azərbaycan milli bankının cəmi 11 milyard dollar maliyyə yastığı var. 60 milyard dollar ehtiyyatımızın olduğunu deyirlər. Amma onlar ehtiyyat sayılmır. Strateji ehtiyyat kimi dəyərləndirilə bilər. Onun dəyəri hər an azala və yaxud arta bilər. Dünyanın böhrana doğru irəlilədiyi şübhə doğurmur. Həmin o aktivlər də böhran dövründə kəskin şəkildə uculaşacaq. 60 milyardımız günlərin bir günündə 15 milyarda düşə bilər. Ona güvənmək olmaz",- iqtisatçı bildirib.

“LSEG Oil Research” məlumatlarına görə, 2025-ci ilin birinci rübündə Asiyada  gündəlik   hasilatı 26,44 milyon barel təşkil edib. Bu da 2024cü ilin göstəricisindən 640 000 barel azdır.

ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının tətbiqini elan etdikdən sonra neftin bir barelinin qiyməti 16,5% ucuzlaşıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol