• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank rəqəmsal maliyyə sistemini inkişaf etdirmək niyyətindədir

Mərkəzi Bank rəqəmsal maliyyə sistemini inkişaf etdirmək niyyətindədir
15.04.2025 12:07

Azərbaycanda rəqəmsal maliyyə sisteminin inkişafı, dayanıqlı maliyyə təşəbbüslərinin təşviqi və əhalinin maliyyə məlumatlılığının artırılması 2025-ci ildə əsas prioritet sahələr olacaq.Bu barədə Mərkəzi Bankın İdarə heyətinin sədrinin müavini Vüqar Əliyev bildirib. 

“Rəqəmsal maliyyə sahəsi cross-funksional xarakter daşıyır və bütün sektorlara inteqrasiya olunur,” –  o,  bildirilib. 

Əliyevin sözlərinə görə, 2024-cü il ərzində açıq bankçılıq, rəqəmsal identifikasiya və fintex ekosisteminin inkişafı ilə bağlı mühüm addımlar atılıb.

Bununla belə, açıq bankçılığın bank sistemi ilə tam inteqrasiyasında müəyyən geriləmələr qeyd edilib. 

“Bu çərçivədə Virtual Açıq Xidmətlərə dair qanun layihəsinin hazırlanması və 2025-ci ilin sonunadək qəbul olunması planlaşdırılır”, -Əliyev deyib. 

O bildirib ki, rəqəmsal maliyyənin inkişafı ilə paralel olaraq, məlumatların tənzimlənməsi və istifadəsi sahəsində yeni strukturun – Mərkəzi Bank daxilində xüsusi məlumat departamentinin yaradılması nəzərdə tutulur. 

Bu departament həm bazar iştirakçılarına dəstək, həm də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından önəmli rol oynayacaq.

O həmçinin vurğulayıb ki , dayanıqlı maliyyədə əsas uğur – yaşıl taksonomiyanın qəbuludur

“2024-cü ildə dayanıqlı maliyyə sahəsində əsas nailiyyətlərdən biri yaşıl taksonomiyanın qəbul edilməsi olub. Bununla yanaşı, banklar tərəfindən bu standartların daha düzgün anlaşılması və bazara effektiv inteqrasiyası üçün əlavə işlərə ehtiyac olduğu vurğulanıb. 2025-ci ildə diqqət yaşıl suveren istiqrazların təşviqinə və dövlətin bu sahədəki fəaliyyətlərinin dəstəklənməsinə yönələcək”- o bildirib. 

Yeni risklər və tənzimləmə fokusda qalır

Çıxışda qeyd edilib ki, yeni yaranan maliyyə risklərinin tənzimlənməsi də diqqət mərkəzində olacaq. Bu istiqamətdə tənzimləyici çərçivələrin genişləndirilməsi və mövcud normaların adaptasiyası 2025-ci il üçün prioritet olaraq qalır.

Peşəkar inkişaf və maliyyə məlumatlılığının artırılması

2024-cü ildə əhalinin maliyyə savadlılığının artırılması və peşəkar bazar iştirakçılarının inkişafı istiqamətində planlaşdırılmış bütün fəaliyyətlər yerinə yetirilib. Sertifikatlaşdırma çərçivələrinin yaradılması, təlimlər və hədəf qruplar üzrə diaqnostik işlər həyata keçirilib. 2025-ci ildə bu istiqamətdə tənzimləyici bazaya əsaslanan nəzarət mexanizmlərinin inteqrasiyası əsas istiqamət olacaq.

“Rəqəmsal, dayanıqlı və məlumatlı maliyyə sektorunun qurulması 2025-ci ildə də Mərkəzi Bankın diqqət mərkəzində qalacaq,” – əliyev deyib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol