• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu
təqdim etdi!
17.04.2025 11:18

ABB Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün Alpha Card məhsulunu
bazara təqdim edib. Bu debet kart uşaqların maliyyə xidmətləri ilə bağlı
ehtiyaclarının təmin olunması üçündür. Alpha Card tam rəqəmsaldır. Onun sifarişi
və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir.


Valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün Alpha Card-ı ABB mobile
tətbiqindən sifariş verə bilərlər. Debet kart valideynin adına açılaraq uşağın
istifadəsinə verilir. Məlumat bazalarının inteqrasiyası nəticəsində kart sifarişi
zamanı uşağın adı görünür. Öz kartının dizaynını da uşaq özü seçə bilir.
Kartdan istifadə valideynin nəzarətində olur. Hər bir valideyn kartdan
istifadəni nəzarətdə saxlayır, kənardan idarə edir, limitləşdirir. Uşağın Alpha Card-
la apardığı bütün əməliyyatlar haqqında real vaxt rejimində valideynə bildirişlər
gəlir.


Kart rəqəmsal bacarıqlara erkən yaşlardan yiyələnən Alfa nəsli
nümayəndələrinin maraqlarına, davranışlarına uyğundur. ABB-nin növbəti
innovativ məhsulu olan bu kart yeni nəslin maliyyə savadlılığına, onlarda rəqəmsal
maliyyə xidmətlərindən istifadə vərdişlərinin inkişafına kömək göstərəcək.
Alpha Card məhsulunun daha bir özəlliyi bu kart haqqında hazırlanmış
videonun musiqi və sözlərini süni intellektin yazmasıdır.


Alpha Card-ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə edə,
kartı ABB mobile-dan sifariş verə bilərsiniz.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol