• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30.04.2025 14:57

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. “Cəmiyyət”,
“Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond
donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737
manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata
keçirilib.


Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib.
Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və
“Ramazan payı” aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank
mobil tətbiqi vasitəsilə 986 donordan 9673 manat ianə toplanıb. Kampaniya çərçivəsində
39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb. Eyni zamanda
Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.


Artıq üçüncüsü reallaşan “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata
keçirilib. Proqrama müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib
olmaq şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan,
sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin sonundadək aylıq
200 AZN təqaüd təqdim ediləcək.


Fondun inklüziv cəmiyyət naminə başlatdığı “Bütün vücudlar danışır” layihəsi cari ildə də
davam edir. Layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi,
inklüziv mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud
olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib. Cəmiyyətin müxtəlif
fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil olunur.
Ətraf mühitin qorunması istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə bu il Kapital Bank-
da qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı
qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq
“Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.


Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu ötən il ekologiyanın qorunması istiqamətində
həyata keçirdiyi uğurlu fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
“Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə
olaraq Korporativ Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək
fəaliyyəti ilə məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və
ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu konsepsiya
əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.
Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə dairəsini genişləndirmək məqsədi ilə
“m10” mobil tətbiqində də yer alır. Bununla da vətəndaşlar birbaşa və asan şəkildə fonda
ianələr edə bilərlər.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan
Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin
mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin
həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək
olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol