• $
  • £

EPF Ermənistan QHT-lərinə və mediasına müraciət edib

EPF Ermənistan QHT-lərinə və mediasına müraciət edib
05.05.2025 18:59

 

Environmental Protection First (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb.Bu barədə Report xəbər verir.

Bəyanatda deyilir:

“Bu günlərdə “epress.am” informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır. Biz Ermənistanın “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüslərini təqdir edirik.

Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, ərazidə heç bir tədbir görülmür. Bu faktlar bir daha göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Environmental Protection First (EPF) Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini, “epress.am” informasiya saytının redaksiyasını ərazidə beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət edirik.

Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər keçirməyə hazırdır. Biz Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq”.

Qeyd edək ki, bu yaxınlarda “Ermənistan Ekoloji Cəbhəsi” də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda Dastakert mədəninin yaxınlığındakı yaşayış məntəqəsi xarabaya çevrilib, burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran “Environmental Protection First” (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə göstərilir ki, həmin mis-molibden xammal yatağı “Molibdeny Ashxarh” LLC şirkəti tərəfindən istismar olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 1 613 şübhəli saxlanılıb
Dünya 23:49
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 1 613 şübhəli saxlanılıb
Netanyahu Nyu-Yorka səfər edəcək
Dünya 21:59
Netanyahu Nyu-Yorka səfər edəcək

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə memorandumu imzalayıb
Dünya 17:06
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə memorandumu imzalayıb
İran və Fars körfəzi ölkələrinin Oman görüşü təxirə salınıb
Dünya 00:15
İran və Fars körfəzi ölkələrinin Oman görüşü təxirə salınıb
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Dünya 23:03
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Əhməd Əl Şaraa Hakan Fidanı qəbul edib
Dünya 20:30
Əhməd Əl Şaraa Hakan Fidanı qəbul edib
Tramp: ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq
Dünya 19:03
Tramp: ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq
Brüssel səmasında PUA-lar qeydə alınıb
Dünya 16:55
Brüssel səmasında PUA-lar qeydə alınıb
Зеленый коридор Армении и Ирана
Dünya 16:22
Зеленый коридор Армении и Ирана
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol