• $
  • €
  • ₽
  • ₺
  • £

Tikintidə armaturu əvəz edən yeni material təqdim olunub - Dəmir dövrü bitir?

Tikintidə armaturu əvəz edən yeni material təqdim olunub - Dəmir dövrü bitir?
08.05.2025 08:49

İtaliyanın "Maplad" şirkəti Dubayda keçirilən beynəlxalq sərgidə tikinti sektoruna dair yeni texnologiyanı  - dəmir əsaslı armaturları əvəz edə biləcək GFRP (Glass Fiber Reinforced Polymer) fiberglas möhkəmləndirici materialı təqdim edib.

167 ölkənin qatıldığı sərgidə nümayiş olunan bu məhsul tunel, körpü, yeraltı və ağır yüklü tikililər üçün nəzərdə tutulub.

"GFRP armatur çoxsaylı liflərdən ibarət olub polyester və ya vinilester qatranla möhkəmləndirilir və istənilən forma verilə bilir",  - şirkətin CEO-su Cüzeppe Manuel Fed.az-a bildirib. 

Bu məhsulun 1 kiloqramı təxminən 2,5 ABŞ dollarına başa gəlir.

Fiberglas armatur korroziyaya uğramır, istilik izolyasiyası yüksəkdir, kimyəvi təsirlərə davamlıdır, uzunömürlüdür və montajı əl ilə asanlıqla mümkündür. Armatur həm 2D (dairəvi və düzbucaqlı), həm də 3D (spiral) formada istehsal olunur.

“Maplad” şirkəti Avropa, ABŞ, Şimali Afrika və Yaxın Şərq bazarlarında fəaliyyət göstərir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol