• $
  • €
  • ₽
  • ₺
  • £

Mircavadov: "Yerli məşqçilərə inam yoxdur"

Mircavadov: "Yerli məşqçilərə inam yoxdur"
29.05.2020 05:27
"Hər bir klubun öz strategiyası var. Ancaq məqsədindən asılı olmayaraq, klub yeni baş  məşqçini gətirəndə onun işini, nəticə verə biləcəyini, necə xarakterə malik olduğunu yoxlamalıdır. Ondan sonra onunla iş birliyi qurub, nəticə üçün çalışmaq lazımdır". Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov son zamanlar klublarımızda tez-tez baş verən məşqçi dəyişikliklərinə münasibət bildirərkən deyib.Təcrübəli mütəxəssis belə halların baş verməsini birmənalı şəkildə pisləyib və bu işdə klubları günahlandırıb: "İlk növbədə məşqçiyə klub rəhbərliyi tərəfindən inam olmalıdır. Məşqçi də etimad qazandıqdan sonra öz komandasını yığıb, işləməyə başlayır. Futbol klubunda bütün məsələlər baş məşqçi ilə əlaqədar olmalıdır. Bu amil çox vacibdir. Amma təəssüf ki, bizdə tam fərqli bir mənzərə var. Ona görə də belə acınacaqlı hallar olur. Tez-tez baş verən məşqçi dəyişikliyi xoşagəlməz hadisələrə gətirib çıxarır".Mircavadov Nazim Süleymanov və Şahin Diniyevin istefasına ayrıca toxunub. Onların işindən ayrılmasına təəssüfləndirdiyini qeyd edib: "Yaxşı hal odur ki, "Neftçi" rəhbərliyi son illər ancaq yerli məşqçilərlə işləyir. Bunu alqışlamaq lazımdır. Lakin Nazim Süleymanovun "Neftçi"dən, Şahin Diniyevin isə "Rəvan"dan istefa verməsi məni çox məyus etdi. Çünki onlar nəticə verməyi bacaran məşqçilərdir. Klublarımız yerli məşqçilərlə işləməlidir. Çünki yerlilər işləməyi hərtərəfli bilir. Əcnəbi məşqçilər isə çalışır ki, əlində bahalı transferlər olsun və işi asanlaşsın. Yəni onların çoxu yerli futbolçularla işləmək istəmirlər. Qeyd etdiyim kimi klub gətirdiyi baş məşqçini tanımalı və onunla uzunmüddətli işbirliyi qurmalıdır. Bunun üçün isə inam olmalıdır. Yəqin ki, istefa verən məşqçilərə klub tərəfindən inam olmayıb".Mircavadov adının "Neftçi" ilə hallanmasına da münasibət bildirib və yayılan xəbəri təkzib edib: "Mənim də adımı çəkirlərsə, sağ olsunlar. Deməli, məni yaddan çıxarmırlar. Ancaq bu haqda xəbərim yoxdur".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol