• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna ilə bağlı sülh danışıqları dayanarsa, liderliyi Avropaya verə bilərik - Tramp

Ukrayna ilə bağlı sülh danışıqları dayanarsa, liderliyi Avropaya verə bilərik - Tramp
20.05.2025 06:58

Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyiş olmasa, ABŞ bu prosesdəki liderliyi Avropaya verəcək.Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, bu münaqişə "yalnız Avropanın problemi olmalı idi" və Vaşinqton "bu işə qarışmamalı idi".

O əlavə edib ki, Ukraynaya silah tədarükünü artırmaq variantını nəzərdən keçirir, lakin münaqişənin sülh yolu ilə həllinə inanır.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp bildirib ki, Moskva və Kiyev "təcili atəşkəs və daha önəmlisi, müharibənin tam başa çatdırılması üçün danışıqlara başlayacaq".

Tramp danışıqların ruhunu "mükəmməl" adlandırıb və hər iki tərəfin müharibədən sonra ABŞ-la ticarətə maraqlı olduğunu qeyd edib.

Putin də gələcək sülh sazişinin əsasını təşkil edə biləcək memorandum üzərində Ukrayna ilə işləməyə hazır olduğunu təsdiqləyib. Rusiya tərəfi Ukraynanın neytral statusu və "münaqişənin əsas səbəblərinin" aradan qaldırılması tələbini irəli sürür.

Ağ Evin sözçüsü Karolayn Levitt Trampın "hər iki tərəfin mövqeyindən məyus olduğunu" bildirib və Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirdiklərini deyib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Putinin sülh niyyətlərinin səmimiliyinə şübhə etdiyini və Moskvanın konkret təkliflər təqdim etməsinin vacib olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir və Ukrayna ərazi bütövlüyündən imtina etməyəcək.

ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarından sonra Kiyevdə jurnalistlərin qarşısına çlxan Zelenski qeyd edib ki, Tramp Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasını mümkün hesab edir və atəşkəsin ilk addım kimi vacib olduğunu düşünür.

“Mən atəşkəsi ilk addım kimi görmək istərdim ki, Rusiya bu müharibəyə son qoymağa həqiqətən hazır olduğunu göstərə bilsin,” —  Zelenski bildirib.

“Beş vilayətdən imtina və ordumuzun ərazilərimizdən çıxarılması — bu heç vaxt baş verməyəcək”. -  o vurğulayıb.

Prezident Ukraynanın ərazi bütövlüyünü “qırmızı xətt” adlandırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol