• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Kavelaşvilini təbrik edib

Əliyev Kavelaşvilini təbrik edib
26.05.2025 11:20

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“26 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi bizi sevindirir.

Etibarlı strateji tərəfdaş olan ölkələrimizin energetika sahəsində əməkdaşlığı, birgə reallaşdırdığımız layihələr həm xalqlarımız, həm də daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət kəsb edərək bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaratmışdır.

Sizin bu yaxınlarda Azərbaycana rəsmi səfəriniz çərçivəsində səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə dərinləşməyə və möhkəmlənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Siyasət 13:48
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Siyasət 10:23
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Siyasət 09:40
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Siyasət 09:21
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Siyasət 09:10
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Siyasət 09:04
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Siyasət 08:40
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Siyasət 08:33
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol