• $
  • £

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama
09.01.2014 12:22
 Xarici İşlər Nazirliyi son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir”. E. Abdullayev həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Təkcə son bir həftədə Suriyada dörd azərbaycanlı mücahidin öldürüldüyü bildirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 23:35
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Siyasət 21:29
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Siyasət 20:30
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Siyasət 17:43
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Siyasət 17:30
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Mehriban Əliyevanın doğum günüdür
Siyasət 09:00
Mehriban Əliyevanın doğum günüdür
Putin Mehriban Əliyevanı təbrik edib
Siyasət 21:24
Putin Mehriban Əliyevanı təbrik edib
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Siyasət 20:35
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir - fərman
Siyasət 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir - fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol