• $
  • £

İran SEPAH komandirinin İsrailin hücumu nəticəsində öldüyünü bildirib

İran SEPAH komandirinin İsrailin hücumu nəticəsində öldüyünü bildirib
13.06.2025 08:53

İsrailin hava hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və qüvvələrin bir neçə yüksək rütbəli zabiti həlak olub.

İran rəsmiləri hələlik onların ölüm xəbərini şərh etməyiblər. Bu barədə İranın dövlət xəbər agentliyi Tasnim xəbər verib.

Gərginliyin fonunda İranın ali lideri Ayətullah Əli Xamenei Həbibullah Sayyarini Baş Qərargah rəisinin səlahiyyətlərini icra edən şəxs, Əhməd Vahidi isə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yeni komandanı təyin edib. Məlumatı Nour News agentliyi yayıb.

Mənbələrin məlumatına görə, mümkün qurbanlar arasında İranın aparıcı nüvə mütəxəssisləri - Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslam Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də var.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı əməliyyat keçirdiyini rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr digər şeylərlə yanaşı, Natanzdakı nüvə infrastruktur obyektlərinə və proqramla əlaqəli alimlərə də yönəlib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Dünya 20:58
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
Dünya 19:39
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - Yenilənib
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Dünya 18:56
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Dünya 14:51
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Dünya 09:31
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Dünya 08:45
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Dünya 23:33
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
Dünya 23:11
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Dünya 22:30
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol