• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib

Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
01.07.2025 09:24

Rusiyalı qarışıq döyüş sənətləri (MMA) idmançısı İrina Alekseyeva iyunun 21-də Bakıda keçirilən UFC turnirində Rusiya bayrağı ilə arenaya çıxdıqdan sonra sosial şəbəkələrdə ölüm təhdidləri aldığını bildirib.

Alekseyeva "Match TV"yə deyib ki, guya ukraynalılar onun ünvanı, telefon nömrəsi və digər şəxsi məlumatlarını onlayn qruplarda yayıblar.

“Mənə ölüm təhdidləri yazırdılar. Yazırdılar ki, skuterə minmə, maşına yaxınlaşma, biz sənin yanındayıq, sayımızı bilmirsən”, –  o bildirib. 

O həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarına müraciət etməyib, lakin maşını idarə edən şəxsə görə narahat olub.

Alekseyeva, təhdidlərə baxmayaraq, Azərbaycandakı turnirdə tamaşaçılardan müsbət münasibət gördüyünü deyib.

“Hamı şəkil çəkdirirdi, qucaqlayırdı, dəstək verirdi. Azərbaycan çox qonaqpərvər ölkədir,” – d o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol