• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Özbəkistan prezidentləri telefonla danışıb

Azərbaycan və Özbəkistan prezidentləri telefonla danışıb
24.07.2025 11:48

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi doğum günü münasibətilə telefonla təbrik edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Əliyev Mirziyoyevi təbrik edərək ona sağlamlıq və gələcək fəaliyyətində uğurlar arzulayıb. Özbəkistan Prezidenti göstərilən diqqətə və xoş arzulara görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı liderlər iyulun əvvəlində Mirziyoyevin Azərbaycana etdiyi dövlət səfəri çərçivəsində aparılmış danışıqlar və imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş Zirvə toplantısında iştirakı xüsusi qeyd olunub.

Tərəflər Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bütün sahələr üzrə inkişafından məmnunluqlarını ifadə edib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol