• $
  • £

İyulda 26 gün yağıntılı hava qeydə alınıb

İyulda 26 gün yağıntılı hava qeydə alınıb
05.08.2025 17:48

Azərbaycan ərazisində iyul ayı ərzində bölgələr üzrə 26 gün yağıntılı hava müşahidə olunub. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlamasında bildirib.

Onun sözlərinə görə, yağıntılar əsasən ayın birinci ongünlüyündə qeydə alınıb, bir sıra bölgələrdə leysan xarakteri daşıyıb. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı – 25,6 mm), həmçinin Bakı və Abşeron yarımadasına (Bakı – 9,6 mm) düşüb.

İyulda küləkli günlərin sayı Bakıda və Abşeron yarımadasında 9, bölgələrdə isə 19 olub. Küləyin maksimal sürəti Bakıda 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib. Bu səbəbdən ay ərzində 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib.

Ayın ən yüksək temperaturu Bakıda və Abşeronda 39,1°C, bölgələrdə isə 41°C olub. Ən aşağı temperatur isə 2 iyulda Şahdağda 4,8°C, 10 iyulda isə Binədə 18,7°C qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“PAŞA Bank” rəsmisi: Liderliyin əsasını ünsiyyət və təşkilat mədəniyyəti təşkil edir
Cəmiyyət 10:48
“PAŞA Bank” rəsmisi: Liderliyin əsasını ünsiyyət və təşkilat mədəniyyəti təşkil edir
Deputat TƏBİB-in və icbari sığortanın işindən narazıdır
Cəmiyyət 10:43
Deputat TƏBİB-in və icbari sığortanın işindən narazıdır
Şəhid valideynlərinin 65 yaşdan sonra işləməsi üçün xüsusi norma yaradılmalıdır - Naqif Həmzəyev
Cəmiyyət 10:39
Şəhid valideynlərinin 65 yaşdan sonra işləməsi üçün xüsusi norma yaradılmalıdır - Naqif Həmzəyev
Bəzən məhkəmə də bilmir ki, haqlı olan jurnalistdir yoxsa deputat - təklif
Cəmiyyət 10:26
Bəzən məhkəmə də bilmir ki, haqlı olan jurnalistdir yoxsa deputat - təklif
“AZEMBA” proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - “IE Business School
Cəmiyyət 10:25
“AZEMBA” proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - “IE Business School
Azərbaycanda iki gündə 82 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:22
Azərbaycanda iki gündə 82 şübhəli saxlanılıb - DİN
“IE University” Azərbaycanla uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək istəyir
Cəmiyyət 10:14
“IE University” Azərbaycanla uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək istəyir
Cəlal Qasımov: “Executive MBA” proqramının nəticəsi daha keyfiyyətli qərarlar olmalıdır
Cəmiyyət 09:56
Cəlal Qasımov: “Executive MBA” proqramının nəticəsi daha keyfiyyətli qərarlar olmalıdır
Liderlərin keyfiyyəti şirkətlərin və ölkənin rəqabət qabiliyyətini müəyyən edir - Cəlal Qasımov
Cəmiyyət 09:53
Liderlərin keyfiyyəti şirkətlərin və ölkənin rəqabət qabiliyyətini müəyyən edir - Cəlal Qasımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox