• $
  • €
  • ₽
  • ₺
  • £

“PAŞA Bank” rəsmisi: Liderliyin əsasını ünsiyyət və təşkilat mədəniyyəti təşkil edir

“PAŞA Bank” rəsmisi: Liderliyin əsasını ünsiyyət və təşkilat mədəniyyəti təşkil edir
21.09.2026 10:48

 

Liderin əsas vəzifəsi yalnız funksional öhdəlikləri yerinə yetirmək deyil, düzgün ünsiyyət qurmaq və təşkilatın mədəniyyətini formalaşdırmaqdır.

Bunu “PAŞA Bank” ASC-nin Baş Təhlükəsizlik direktoru Vasif Qasımov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.

O bildirib ki, MBA təhsili ona müxtəlif funksional istiqamətlərin vahid təşkilati məqsəd ətrafında birləşməsinin əhəmiyyətini anlamağa kömək edib.

“Hamımız vahid bir təşkilatın hissəsiyik və ümumi məqsədlərimiz var. Müştərini pərdəarxasında kimin durması maraqlandırmır”, - deyə V.Qasımov bildirib.

Onun sözlərinə görə, liderlik funksional vəzifələrdən daha geniş anlayışdır və əsasən ünsiyyət və təşkilat mədəniyyəti ilə bağlıdır.

Qasımov bildirib ki, ünsiyyət düzgün mesajın doğru insanlara və doğru zamanda çatdırılmasını, mədəniyyət isə təşkilatın əsas dəyərlərinin qorunmasını nəzərdə tutur.

O, liderliyin yalnız tutulan vəzifə ilə deyil, təcrübə və həmin təcrübənin praktikada tətbiqi ilə formalaşdığını vurğulayıb.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol