• $
  • €
  • ₽
  • ₺
  • £

Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır

Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
21.09.2026 10:34

 

Deputat Hikmət Babaoğlu xarici ölkələrdə Azərbaycan dilinin vəziyyəti ilə bağlı müzakirələrdə Hələb və İraq türkmənlərinin də nəzərə alınmasının vacib olduğunu açıqlayıb. 

O, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın Suriya ilə münasibətlərində son dövrlərdə yeni mərhələnin yarandığını qeyd edib.

“Azərbaycanın son dövrlərdə Suriya Respublikası ilə çox yaxşı münasibətləri qurulub. Biz ora kömək etdik. Bu, Azərbaycan Prezidentinin xarici siyasətində yeni bir istiqamət oldu. Amma biz bunu, əlbəttə ki, elə-belə etmədik. Bunun bir səbəbləri vardı və bu, Azərbaycan dövlətinin xarici siyasətidir”, - Babaoğlu deyib.

Deputat Hələbin Azərbaycanın tarixi şəhəri olduğunu və Nəsiminin məzarının burada yerləşdiyini vurğulayıb.

“Hələb bizim şəhərimizdir, tarixi şəhərimizdir. Mən bunu bu gün ərazi iddiası kimi demirəm. Hələb bizim tarixi şəhərimizdir. Nəsiminin qəbri vətəndir”, - o bildirib.

Babaoğlu Azərbaycanın 44 günlük müharibə zamanı Bayırbucaq və Hələb türkmənlərindən mənəvi dəstək gördüyünü də qeyd edib.

Deputat bildirib ki, xarici ölkələrdə Azərbaycan dilinin vəziyyəti araşdırılarkən Hələb və İraq türkmənlərinin dil məsələsi də nəzərə alınmalıdır.

“Suriyanın türklərinin dili haqqında “türk dili” deyəndə mənə elə gəlir ki, bir qədər dolğun olmur. Hələb türkmən dili elə Azərbaycan dilidir. İraq türkmən dili elə Azərbaycan dilidir. Xarici ölkələr kateqoriyasına mən düşünürəm ki, bunları da əlavə etmək lazımdır”, – Babaoğlu deyib.

O əlavə edib ki, Azərbaycanın mədəni arealının müxtəlif hissələrində dil və mədəniyyət məsələlərinə diqqət yetirilməlidir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol