• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər artıb

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər artıb
07.08.2025 14:21

2025-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 36 milyon ABŞ dolları, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub. Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında qeyd olunub.

İllik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 3,5% azalıb, əsaslı xərclər isə 50% artıb.

“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.

Cari ilin altı ayında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.

Aytac

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol