• $
  • £

Nazirlik özünü yandıran Rusiya vətəndaşının vəziyyətinə aydınlıq gətirdi

Nazirlik özünü yandıran Rusiya vətəndaşının vəziyyətinə aydınlıq gətirdi
30.12.2013 12:32
Bir neçə gün öncə üstünə benzin tökərək özünü yandıran və 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində müalicə alan Arzu Ələkbərovun vəziyyəti stabil və yaxşıdır.Xəstəxanaya təhkim olunan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya açıqlamasında deyib ki, səhər xəstənin vəziyyəti yoxlanılıb və sağlamlığı qaydasındadır. Onun sözlərinə görə, A. Ələkbərov xəstəxanaya gətiriləndə həyatı üçün təhlükə, ağır vəziyyət və ya ölüm təhlükəsi olmayıb: “Sadəcə sərxoş halda üstünə benzin tökərək özünü yandırıb. Hazırda vəziyyəti yaxşıdır və ətrafdakı insanlarla rahat danışır”. Səhiyyə naziri Oqtay Şirəliyevin xəstəyə baş çəkməsi ilə bağlı olan xəbərlərə gəlincə, D. Hümbətov bu xəbəri təkzib edib: “Səhiyyə Nazirliyindən yalnız mən təhkim olunmuşam, bundan əlavə, Bakı şəhər Səhiyyə İdarəsindən nümayəndələr baş çəkib. Biz burdayıq, bütün lazımi köməkliklər göstərilir və hazırda vəziyyəti normaldır”. Qeyd edək ki, Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında sərxoş halda üstünə benzin tökərək özünü yandırıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol