• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrədə robot kuryerlər işə başlayıb

İsveçrədə robot kuryerlər işə başlayıb
06.09.2025 16:36

İsveçrədə poçt və ərzaq məhsullarının çatdırılması üçün robotlardan istifadə edilən pilot layihə işə salınıb.

Layihə Swiss Post, Migros Online xidməti və RIVR şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Çatdırılmanı təmin edən RIVR ONE adlı robotlar ETH Zurich tərəfindən hazırlanmış ANYmal modelinin kommersiya versiyasıdır.

Robotlar LiDAR, kameralar və GPS sistemi ilə təchiz olunub. Yüklər isə xüsusi qıfıllı konteynerlərdə daşınır. Test mərhələsində robotlar Swiss Post-un yük maşınları ilə birlikdə hərəkət edəcək və Migros Online sifarişlərini, eləcə də müştərilərin poçt bağlamalarını birbaşa ünvanlara çatdıracaq.

Hərçənd robotlar əsasən avtonom işləyir, lakin onların fəaliyyətinə operatorlar nəzarət edir və zərurət olduqda idarəetməyə müdaxilə edə bilirlər.

Qeyd edək ki, RIVR ONE bundan əvvəl Sürixdə və ABŞ-nin Ostin şəhərində sınaqdan keçirilib və həmin dövrdə həm poçt göndərişləri, həm də yemək çatdırılması üçün istifadə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Dünya 22:26
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Fars: В Ормузском проливе судно подверглось удару крылатой ракеты
Dünya 19:04
Fars: В Ормузском проливе судно подверглось удару крылатой ракеты
Ərdoğanın baş müşavirinin istefa verəcəyi iddia olunur
Dünya 18:25
Ərdoğanın baş müşavirinin istefa verəcəyi iddia olunur
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
Dünya 15:09
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Dünya 11:54
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Azərbaycan millisi bu gün FIFA U-15 turnirində iki oyun keçirəcək
Dünya 09:52
Azərbaycan millisi bu gün FIFA U-15 turnirində iki oyun keçirəcək
İran ABŞ hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyini bildirib
Dünya 08:52
İran ABŞ hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyini bildirib
Yaponiyada 5,3 maqnitudalı zəlzələ olub
Dünya 08:45
Yaponiyada 5,3 maqnitudalı zəlzələ olub
Hörmüz boğazında iri neft tankeri hücuma məruz qalıb
Dünya 21:00
Hörmüz boğazında iri neft tankeri hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol