• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “İslahatlara ehtiyac var”

Nazir: “İslahatlara ehtiyac var”
29.05.2020 08:42
"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var. Bu islahatlar müasirləşmə və müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Biz sevinirik ki, həm kitabxana həm də turizm sahəsində bu texnologiyalar uğurla həyata keçirilir"Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, 2013-cü il Azərbaycanın mədəniyyət sahəsində bir neçə beynəlxalq tədbirin keçirilməsi ilə yadda qalıb: "Bu il olduqca maraqlı, məhsuldar və nailiyyətlərlə zəngin il olub. Azərbaycanda üç böyük beynəlxalq tədbir keçirilib. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilib. İl ərzində Azərbaycan incəsənət ustaları beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər".  Ə. Qarayev qeyd edib ki, mədəni tədbirlərin həyata keçirilməsində mətbuat nümayəndələrinin dəstəyini hiss ediblər: "Mən bütün mətbuat nümayəndələrinə təşəkkürümü bildirirəm. Təşəkkürümü bildirirəm ki, bizim tədbirlərimizi geniş auditoriyalara təqdim etmisiniz. Ümid edirəm ki, mədəniyyət və turizm nazirliyinin fəaliyyətinə həmişə diqqət edəcəksiniz  və bizim əməkdaşlığımız davam edəcək". Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol