• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya üzrə bunker yanacağının qiymətləri kəskin azalıb - Sergey İvanov

Dünya üzrə bunker yanacağının qiymətləri kəskin azalıb - Sergey İvanov
25.09.2025 10:47

2025-ci ilin yanvar–avqust dövründə dünya üzrə bunker yanacağı qiymətləri kəskin azalıb, bəzi regionlarda isə qiymət dəyişiklikləri nisbətən sabit qalıb. Bu barədə "Marine Bunker Exchange" (MABUX) şirkətinin icraçı direktoru Sergey İvanov Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə  MABUX Bunker Index-in orta aylıq göstəricilərinə istinadən bildirib.

O bildirib ki, qlobal səviyyədə 380 HSFO yanacağının qiyməti yanvardakı 537 ABŞ dollarından avqustda 460 dollara düşərək 16,7% azalıb.

 VLSFO üzrə qiymətlər 624 dollardan 547 dollara enib (-14,1%), MGO LS isə 796 dollardan 760 dollara geriləyib (-4,7%).

"Regionlar üzrə mənzərə fərqlidir. Şimali Avropada HSFO qiymətləri cüzi artaraq 434 dollardan 439 dollara qalxıb (+1,1%), MGO LS isə sabit qalıb. Əksinə, Afrika və Yaxın Şərqdə HSFO qiymətləri 21,7% azalaraq 555 dollardan 456 dollara düşüb. Mərkəzi Amerikada HSFO və VLSFO qiymətləri təxminən 14%-dən çox azalıb, MGO LS isə 879 dollardan 786 dollara geriləyib (-11,8%). Asiya və Okeaniyada göstəricilər HSFO üzrə 16%, VLSFO üzrə 14,8% enib. Cənubi Avropada yanacağın bütün növləri üzrə qiymətlər 3-5% arasında azalma ilə qeyd alınıb. Cənubi Amerikada isə bəzi seqmentlərdə qiymətlər artıb – MGO LS 844 dollardan 866 dollara qalxıb (+2,5%)",- o əlavə edib.

İvanovun sözlərinə görə, qiymət azalması əsasən qlobal tələbin zəifləməsi və bazarda sabitləşmə meyilləri ilə əlaqəlidir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol