• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan-Türkiyə münasibətlərinin perspektivləri - TƏHLİL

Ermənistan-Türkiyə münasibətlərinin perspektivləri - TƏHLİL
07.10.2025 09:58

Ankara-Yerevan münasibətləri Bakı-Yerevan münasibətlərindən asılı olmayaraq inkişaf etməkdədir. Türkiyə və Ermənistan rəsmi şəxslərinin iki ölkəyə qarşılıqlı səfərləri bunu sübut edir.

Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyanın sentyabrda “Marqara” sərhəd-buraxılış məntəqəsində görüşünün altıncı raundu yaddaqalan idi.

Tərəflər "ilkin şərtlər olmadan" münasibətləri normallaşdırmaq və "iki ölkə arasında sərhədin keçilməsi barədə sazişin reallaşmasını sürətləndirmək" niyyətini təsdiqləyiblər.

Yerevanda davam edən danışıqlar zamanı tərəflər “Qars-Gümrü dəmir yolu xəttinin və elektrik interkonnektor xəttinin bərpası və istismara verilməsi” üçün texniki işlərin aparılması barədə razılığa gəliblər.
Bundan əlavə, tərəflər tələbə mübadiləsi prosesini tənzimləməyi və Ani tarixi körpüsünü birgə bərpa etməyi qərara alıblar.
Bu proseslərin məntiqi davamı İstanbul-Yerevan-İstanbul reysinin açılıması ilə bağlı "Türk Hava Yolları" aviaşirkətinin bu yaxınlardakı mesajı oldu.

Görünür, rəsmi Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mane olan amilləri ardıcıl olaraq aradan qaldırmaq niyyətindədir. Bunların arasında: 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı"nın tanınması tələbindən imtina edilməsi və zərərçəkmişlərin ailələrinə kompensasiyanın
ödənilməsi var.

Yerevan Türkiyəyə ərazi iddialarına işarə edən simvolları da aradan qaldırmağa hazırdır. Belə ki, Ermənistana gələnlərin pasportlarına vurulan sərhəd möhüründən Ararat dağının (Ağrıdağ) təsviri çıxarılıb.

Nikol Paşinyan dəfələrlə işarə edib ki, bu dağın təsvirini Ermənistanın dövlət gerbindən də çıxarmaq lazımdır. Çox güman ki, bu 2026-cı ildə planlaşdırılan Ermənistan Konstitusiyasına dəyişiklik üzrə referendum zamanı baş verəcək.

Son vaxtlar Türkiyə rəsmi şəxsləri mütəmadi olaraq istifadə etdikləri ifadəni təkrarlamırlar: "Yerevan Bakı ilə münasibətləri normallaşdıran kimi biz də Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq".

Bu ilin avqustunda Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Vaşinqton sazişindən sonra Yerevan və Ankara arasında normallaşma prosesi daha da gücləndi.
Moskvadan, xüsusilə də Tehrandan mənfi qiymətləndirmələr nəzərəçarpacaq dərəcədə səngidi. Sonuncu, Azərbaycanın əsas hissəsindən Naxçıvana yolun Ermənistan vasitəsilə (Zəngəzur dəhlizi) açılacağı təqdirdə, az qala hərbi müdaxilə ilə təhdid edirdi.

Radikal millətçilər və Rusiyapərəst oliqarxların qarışığından ibarət erməni müxalifəti öz mövqeyini itirib. Görünür, bunu Moskvada da başa düşüblər. Belə ki, Moskva Yerevanın ünvanına açıq reveranslar edərək Rusiyanın Ermənistanda mövqeyini saxlamağa çalışır.

Hazırda Moskva ABŞ ilə (təkcə ABŞ ilə yox) münasibətləri möhkəmləndirən Azərbaycan və Ermənistana təzyiq vasitəsini itirib. Bu mənada Bakı xüsusilə fəaldır, belə ki, Çinin timsalında mühüm beynəlxalq oyunçularla, Fars körfəzinin zəngin ərəb ölkələrilə, eləcə də Avropa İttifaqının üzvləri ilə iqtisadi və siyasi əlaqələrini gücləndirir.

Türkiyə, İsrail və Pakistan kimi regional qüclərlə strateji tərəfdaşlıq şəraitində Bakının mövqeləri olduqca möhkəm görünür.

Yerevan və Bakı arasında sülhün bağlanması Ermənistanın, nəhayət, təkcə Türkiyə ilə deyil, həm də Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırma prosesinə başlamasına imkan verdi.

Beləliklə, xarici qüvvələr tərəfindən Ermənistan və Azərbaycana xarici siyasi dəstəyin artması və eyni zamanda onların Moskvadan asılılığının zəifləməsi bütü region üçün tarixi əhəmiyyətə malik yekun sülh sazişinin imzalanmasına şərait yaradır.


Şahin Hacıyev

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Siyasət 23:35
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol