• $
  • £

Sosial şəbəkələrdə qeyri etik paylaşımlara görə cərimə və cəzalar gözlənilir

Sosial şəbəkələrdə qeyri etik paylaşımlara görə cərimə və cəzalar gözlənilir
24.11.2025 10:12

Azərbaycan sosial şəbəkələrdə qeyri-etik paylaşımlar və cəmiyyətə hörmətsizlik kimi qiymətləndirilən davranışlara görə 500–1 000 manat cərimə və 30 günədək inzibati həbs tətbiq olunmasını nəzərdə tutan yeni dəyişiklikləri müzakirə edir.

Təklif İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsinə əlavə hissələrin daxil edilməsini nəzərdə tutur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında təqdim olunan layihəyə əsasən, internetdə ictimai mənəviyyatı təhqir edən ifadə, jest və ya görüntülərə görə inzibati tənbeh veriləcək.

Təkrar hallar üçün sanksiyalar sərtləşdirilir: pozuntu əvvəlki cərimədən 1 il ərzində təkrar edilərsə, cərimə 1 000–2 000 manat olacaq, zəruri hallarda bir aydan iki ayadək inzibati həbs tətbiq ediləcək.

Dəyişikliyə əlavə olunan qeydə əsasən, bu maddələr yalnız həmin əməllər Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə səbəb olmadığı halda tətbiq ediləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Cəmiyyət 09:02
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol