• $
  • £

“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi

“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi
24.11.2025 11:04

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyası “PMD Group”-un dəstəyi ilə Mingəçevir və Şirvan şəhərlərində həyata keçirilib. Mingəçevirdə 384, Şirvanda 159 ədəd olmaqla ümumilikdə 543 şəhidin xatirəsinə eyni sayda həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub. 

Bununla da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması kimi digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu həyata keçirir.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Cəmiyyət 09:02
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol