• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir

Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
09.12.2025 11:47

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda qeyd olunan qlobal risklərə baxmayaraq, Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) bu ilin on bir ayında  1,6% artıb. Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı deyib. 

O bildirib ki, qeyri-neft-qaz sektorunda artım 3,2%, neft-qaz sektorunda isə 1,8% azalma qeydə alınıb.

İqtisadi artımın yavaşlaması əsasən neft hasilatının obyektiv səbəblərdən azalması ilə izah olunur.

Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,5 milyard dollar artaraq 83,5 milyard dollara çatıb ki, bu da manatla 142 milyard manata bərabərdir. Bu göstərici 2025-ci il üçün proqnozlaşdırılan ÜDM həcmini (130 milyard manat) üstələyir və valyuta ehtiyatlarını xarici borcdan 17 dəfə artıq edir.

Əsədov bildirib ki, “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu, ölkədə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiqləyir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol