• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür

AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
25.12.2025 00:03

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.

İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri İgor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb,sağ qalan ekipaj üzvləri  Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol