• $
  • €
  • ₽
  • ₺
  • £

DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib



DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
25.12.2025 09:35

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır.

DİN Mətbuat Xidmətindən bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.

Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə edilir:

- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.

Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, qeyd olunan hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol