• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir

Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
25.12.2025 10:13

Bu gündən Bakı şəhəri üzrə "BakuBus" MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  məlumat yayıb.

Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.

Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.

Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol