• $
  • €
  • ₽
  • ₺
  • £

Məzunlar üzrə 760 min manatdan çox vəsait bağışlanıb- Fond rəhbəri

Məzunlar üzrə 760 min manatdan çox vəsait bağışlanıb- Fond rəhbəri
25.12.2025 11:10

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən məzunlar üzrə kredit öhdəliklərinin icrası və güzəştlərin tətbiqi davam etdirilir. Bunu fondun rəhbəri Bəhruz Əzimov 4 ilin hesabatını təqdim edərkən deyib.

Fondun rəhbərinin açıqladığı məlumata görə, hazırda təhsil tələbə krediti alan 13 254 məzun mövcuddur. Bu məzunlar üzrə ümumilikdə 34 908 kredit müqaviləsi bağlanıb.

Məlumata əsasən, məzunların kredit portfelində faizli kreditlər üstünlük təşkil edir – 20 207 müqavilə (58 faiz). Faizsiz kreditlərin sayı 12 341 (35 faiz), güzəştli kreditlərin sayı isə 2 360 (7 faiz) olub.

Güzəştlər çərçivəsində 50 faiz güzəşt tətbiq olunan 681 müqavilə üzrə 377 375,39 manat, 25 faiz güzəşt tətbiq edilən 1 679 müqavilə üzrə isə 383 580,46 manat vəsait bağışlanıb. 

Ümumilikdə bağışlanmış vəsaitin həcmi 760 955,85 manat təşkil edib.

Fond rəhbərinin  məlumatına görə, sosial təhsil tələbə krediti alan məzunlar arasında 7 920 nəfər (68 faiz) faizdən azad olunub, 2 994 nəfərə (26 faiz) 2 faiz dərəcəsi tətbiq edilib, 681 məzuna (6 faiz) isə 50 faiz güzəşt verilib.

Standart təhsil tələbə krediti üzrə isə məzunların 17 213-ü (74 faiz) 6 faiz dərəcəsi ilə kreditini ödəyir, 4 421 nəfər (19 faiz) faizdən azad edilib, 1 679 məzuna (7 faiz) 25 faiz güzəşt tətbiq olunub.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol