• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır

Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır
25.12.2025 12:08

Təhsil Tələbə Krediti Fondunda sosial təhsil tələbə kreditlərindən imtina hallarının səbəbləri açıqlanıb. Bu barədə Fondun rəhbəri Bəhruz Əzimov məlumat verib.

Onun sözlərinə görə, sosial kreditlər üzrə imtinalar əsasən elektron sistem vasitəsilə aparılan yoxlamaların nəticələri ilə bağlıdır.

“Elektron sistem müraciət edən şəxslərin qanunvericiliklə müəyyən edilmiş sosial statuslara uyğunluğunu yoxlayır. Əgər bu statuslar təsdiqlənməzsə, həmin şəxs sosial kredit üzrə uyğun hesab edilmir və imtina cavabı verilir”, – Əzimov bildirib.

Fond rəhbəri qeyd edib ki, standart təhsil tələbə kreditləri isə tamamilə fərqli meyarlar əsasında müəyyən olunur.

“Standart kreditlərdə əsas meyar tələbənin akademik göstəriciləridir. Əgər tələbə zəif nəticə göstərirsə, bu halda sistem tərəfindən imtina cavabı formalaşdırılır”, –  o əlavə edib.

Bəhruz Əzimov vurğulayıb ki, kreditlərin verilməsi prosesi avtomatlaşdırılıb və qərarlar şəffaf, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol