• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb

Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb
25.12.2025 13:15

Təhsil Tələbə Krediti Fondu (TTKF) üzrə təhsil kreditlərinin bağışlanması göstəricilərinə dair statistika açıqlanıb.

Məlumata görə, 50% və 25% bağışlanma tətbiq edilən ən çox müqaviləyə malik 10 təhsil müəssisəsi və 10 ixtisas müəyyən edilib.


50% bağışlanma – təhsil müəssisələri

Bu kateqoriyada Bakı Dövlət Universiteti ilk sırada yer alıb. Universitet üzrə 104 müqavilə bağlanıb, 208,6 min manatdan çox kredit məbləğinin təxminən 104,3 min manatı bağışlanıb.


Sonrakı yerlərdə Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və BDU-nun Qazax filialı qərarlaşıb.


25% bağışlanma – təhsil müəssisələri


Bu kateqoriyada da Bakı Dövlət Universiteti liderdir. Universitet üzrə 354 müqavilə bağlanıb, 394,9 min manatlıq kreditin təxminən 98,4 min manatı bağışlanıb.

İlk onluqda həmçinin Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gəncə Dövlət Universiteti yer alıb.


50% bağışlanma – ixtisaslar arasında biznesin idarə edilməsi, hüquqşünaslıq, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, pedaqogika, biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), maliyyə, filologiya, ibtidai sinif müəllimliyi,  Azərbaycan dili və ədəbiyyat müəllimliyi  üzrə on minlərlə manat kredit vəsaiti bağışlanıb.

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəmiyyət 09:31
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:27
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol