• $
  • €
  • ₽
  • ₺
  • £

İRİA xəbərdarlıq edir: “mygov” adından 1500 manatlıq sosial yardım elanları saxtadır

İRİA xəbərdarlıq edir: “mygov” adından 1500 manatlıq sosial yardım elanları saxtadır
15.01.2026 16:08

Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı yayılan elanlar saxta xarakter daşıyır. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur.

Agentliyin məlumatına görə, bu cür paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər (linklər) vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

İRİA vətəndaşları ayıq-sayıq olmağa, şübhəli paylaşımlara və naməlum linklərə daxil olmamağa çağırır, rəsmi və etibarlı məlumatların yalnız “mygov” platformasının rəsmi kanalları vasitəsilə əldə edilməli olduğunu vurğulayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Cəmiyyət 22:36
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Kürdəmirdə ildırım vuran kişi ölüb
Cəmiyyət 20:52
Kürdəmirdə ildırım vuran kişi ölüb
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Cəmiyyət 17:50
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
Cəmiyyət 17:33
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Cəmiyyət 17:15
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol