• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib
19.01.2026 17:11

Yanvarın 19-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, Bankın ölkəmizdə icra etdiyi cari və gələcək proqramlar, xüsusilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində Bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən texniki dəstək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Kənd təsərrüfatı və suvarma sahəsində prioritet məsələlərə toxunan nazir “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” layihəsi çərçivəsində məhsuldarlığın və dayanıqlılığın artırılmasının, eləcə də müxtəlif dəyər zəncirlərində rəqabət qabiliyyətinin gücləndirilməsinin əsas məqsəd kimi müəyyən edildiyini qeyd edib. Bildirilib ki, layihə irriqasiya sistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun və bazar yönümlü texnologiyaların tətbiqini, kənd təsərrüfatı təcrübələrinin modernləşdirilməsini və sektorun davamlı inkişafına xidmət edən əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda həyata keçirilən islahatları və son illərdə əldə olunan sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirərək, Bankın ölkəmizlə tərəfdaşlığının gələcək dövrdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, xüsusilə su və kənd təsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələr dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, iqlim dəyişikliklərinə adaptasiya və kənd ərazilərində rifahın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı nəqliyyat, logistika və yol infrastrukturu sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Tərəflər bu istiqamətlər üzrə potensial layihələrin icrası, regional inteqrasiya perspektivləri və dayanıqlı infrastrukturun inkişaf etdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Cəmiyyət 22:36
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Kürdəmirdə ildırım vuran kişi ölüb
Cəmiyyət 20:52
Kürdəmirdə ildırım vuran kişi ölüb
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Cəmiyyət 17:50
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
Cəmiyyət 17:33
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Cəmiyyət 17:15
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol