• $
  • £

“Rusiyanın adamı” İvanişvili niyə Rusiyayönümlü siyasət yürütmədi? - AÇIQLAMA

“Rusiyanın adamı” İvanişvili niyə Rusiyayönümlü siyasət yürütmədi? - AÇIQLAMA
29.05.2020 05:46
Bu gün Ukraynada baş verən siyasi proseslərin mərkəzində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də dayanır. Bir az da dəqiqləşdirsək, bir müddət idi qeybə çəkilən Saakaşvili Ukraynada baş qaldıran etirazlara dəstək üçün Ukraynaya gedib. Mövzum heç də Ukrayna yox, məhz elə Saakaşvilinin vətəni Gürcüstandır. Saakaşvili gedəni nə dəyişdi Gürcüstanda? O, hökumətə Bidzina İvanişvilinin rəhbərlik edəcəyi bəlli olanda "Rusiya Gürcüstanda hakimiyyətə gəldi" fikrini səsləndirdi. Amma qısa müddət sonra bəlli oldu ki, Gürcüstan heç də avrointeqrasiyadan imtina etmək fikrində deyil. Hətta Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş də imzaladı. 
ANN.Az-a mövzunu şərh edən politoloq Natiq Miri bildirib ki, İvanişviliyə “Rusiyanın adamı” damğasının vurulması seçki ərəfəsində siyasi gediş kimi qiymətləndirilə bilər.
N.Miri açıqlamasında bildirib ki, reallıqda xalq İvanişvilini dəstəklədi və yanılmadığının da işartıları görünür: “Saakaşvilinin Rusiyaya və onun prezidenti Vladimir Putinə qarşı siyasi allergiyasının olduğu bəllidir. 8 Avqust işğalından sonra Gürcüstan ictimai rəyində Rusiyaya yönəlik nifrətin olduğu da yuxarı, aşağı bəllidir. Məhz bu gerçək nəzərə alınaraq istənilən siyasətçiyə "Rusiyanın adamı" damğasını vurmaq seçki ərəfəsində optimal variant kimi görünə bilərdi. Amma təcrübədə bunun əksi baş verdi və xalq İvanişvilini dəstəklədi. Çünki xalq və Qərb dünyası Saakaşvilinin öz missiyasını başa vurduğunu anlayırdı və bundan sonra onun hakimiyyətdə qalmasının Gürcüstana heç nə gətirməyəcəyi qənaətindəydi. Ona görə xalq yeni nəfəs olan İvanaşvilinin rəhbərlik etdiyi "Gürcüstan arzusu" koalisiyasına səs verdi. Yəni, Saakaşvilinin İvanaşvilini ittiham etməsi daha çox siyasi piar, texnologiya idi”. 
O, açıqlamasında İvanişvilinin Rusiya ilə ciddi əlaqələrinin olduğunu və seçkiyə qədər bütün kapitalını Rusiyadan çıxardığına diqqət çəkib: “Təbii ki, İvanaşvilinin Rusiyayla ciddi əlaqələrinin olduğu danılmazdır və bunu Qərb dünyası bilməmiş deyildi. Ancaq onu da nəzərə alın ki, İvanaşvili artıq seçkiyədək bütün kapitalını Rusiyadan çıxarmışdı. Bu isə onu göstərirdi ki, İvanişvili gələcəkdə ona ola biləcək təzyiqlərdən sığortalanmaq üçün önləyici müəyyən immunitet yaradır. İvanişvili baş nazir olduğu dönəmdə də Rusiyadan yana heç bir ciddi strateji qərar qəbul etmədi. Əksinə, Gürcüstan parlamenti yekdilliklə xarici siyasətdə prioritet olaraq Qərbə inteqrasiya xəttini elan etdi. Bunun ən bariz nümunəsi isə İvanaşvilinin prezident seçkilərində Marqelaşvilini müdafiə etməsi idi. Çünki Marqelaşvili Gürcüstan siyasətində Qərbə inteqrasiya xəttinin ən məhşur müdafiəçilərindən biri kimi tanınırdı. Və ən nəhayət, İvanişvilinin istefa verməklə öz yerinə dinamik gənc birini gətirməsiylə Rusiyanın Gürcüstan hakimiyyətinə ola biləcək bütün təsir imkanlarını neytrallaşdırdı. Bununla da İvanaşvili Rusiyayla olması ehtimal olunan öhdəlik və müəyyən məsuliyyətlərin üstündən birdəfəlik xətt çəkdi. Bu Gürcüstan və İvanaşvili adına gürcü xalqına verilə biləcək ən böyük töhvə idi” – deyə N.Miri bildirib.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var
Dünya 16:48
Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var

İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
Dünya 16:10
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir

İordaniya ordusu: İranın atdığı səkkiz raket zərərsizləşdirilib
Dünya 16:02
İordaniya ordusu: İranın atdığı səkkiz raket zərərsizləşdirilib
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır
Dünya 13:24
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır
Ukrayna ordusu Azov dənizində 12 tanker, yedək və yük gəmlərinə zərbələr endirib
Dünya 13:18
Ukrayna ordusu Azov dənizində 12 tanker, yedək və yük gəmlərinə zərbələr endirib

Rəsmi Tehran ABŞ-ın İrana hücumlarını pisləyib
Dünya 13:04
Rəsmi Tehran ABŞ-ın İrana hücumlarını pisləyib
Estoniya Rusiyaya nota verib
Dünya 00:30
Estoniya Rusiyaya nota verib
ABŞ yenidən İrana zərbələr endirməyə başlayıb
Dünya 00:29
ABŞ yenidən İrana zərbələr endirməyə başlayıb
Yakutiyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan ediləcək
Dünya 23:02
Yakutiyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox