• $
  • £

Azərbaycan ət idxalını artırıb - Səbəblər

Azərbaycan ət idxalını artırıb - Səbəblər
17.04.2026 13:49

2026-cı ilin ilk üç ayında Azərbaycana 12 299,76 ton ət idxal olunub. İdxal olunan ətin statistik dəyəri isə 28,63 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.  

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycana 11 889,75 ton ət idxal edilıb. Həmin dövrdə ətin idxal dəyəri 24,82 milyon ABŞ dolları olub.

İllik müqayisədə ət idxalının həcmi təxminən 3,4 %, dəyəri isə 15 %-dən çox artıb.

2026-cı ilin ilk rübündə ət idxalı ölkənin ümumi idxalında 0,71 % paya malik olub.

Kənd Təsərrüfatı eksperti  Vahid Məhərrəmov bildirib ki, Azərbaycan ət və ət məhsullarına olan tələbatını tam ödəyə bilmir.

"Dünyada qəbul edilən normaya əsasən illik adambaşına ət istehlakı 78 kiloqramdır. Azərbaycanda bu göstərici təxminən 42 kiloqramdır ki, onun da 35 kiloqramı yerli istehsal, 6-7 kiloqram isə idxal vasitəsilə ödənir.  Beləliklə, adambaşına ümumi istehlak təxminən 42 kiloqram səviyyəsindədir ki, bu da beynəlxalq normadan xeyli aşağıdır",- ekspert bildirib.

Məhərrəmovun sözlərinə görə,  Azırbaycan  əhalinin tələbatının  cəmi 60-70 faizini  ödəyə bilir.

"Bunun əsas səbəblərindən biri yem bazasının zəif olmasıdır.  Azərbaycanda yem istehsalı kifayət qədər deyil. Məsələn, ölkədə illik 2,5 milyon ton qarışıq yem istehsal olunmalı olduğu halda, faktiki istehsal cəmi 165 min ton təşkil edir. Ot istehsalında da ciddi çatışmazlıq var. ",- ekspert bildirib.

Onun fikrincə, yem bazasının gücləndirilməsi zəruridir və bununla bağlı hökumətə dəfələrlə təkliflər təqdim olunsa da, indiyədək ciddi reaksiya verilməyib.

O vurğulayıb ki, son illər heyvanların baş sayı kəskin azalır. Rəsmi statistikada bu ilin birinci rübündə 1,8 faizlik artım göstərilsə də, ekspert bu rəqəmlərə şübhə ilə yanaşır. Onun fikrincə, alıcılıq qabiliyyətinin aşağı olduğu və idxalın artdığı şəraitdə daxili istehsalda real artımdan danışmaq çətindir.

Onun sözlərinə görə, mövcud vəziyyətdə bir tərəf idxalı artırmağa çalışır, digər tərəfdən isə yerli istehsalçılar getdikcə daha çox problemlə üzləşirlər. Nəticədə heyvandarlıqla məşğul olanların sayı da azalır, çünki bu sahə kəndlilər və fermerlər üçün artıq gəlirli sayılmır.

Ekspert bildirib ki, normal şəraitdə hər bir ölkə illik tələbatını ödəməklə yanaşı, əlavə 20 faiz həcmində ehtiyat da toplamalıdır.

"Azərbaycanda isə tələbat tam ödənilmədiyi üçün belə ehtiyatın formalaşdırılması mümkün deyil. Ölkədə dövlət səviyyəsində ət ehtiyatı yoxdur, anbarlarda saxlanılan məhsullar isə strateji ehtiyat hesab edilə bilməz. Azərbaycanda nə ət, nə də süd üzrə real ehtiyat mövcuddur.  Ölkədə süd istehlakı da tələbatdan təxminən iki dəfə, ət istehlakı isə 2,5 dəfə aşağıdır",- o vurğulayıb.

Milli məclisin aqrar siyasət komitəsinin deputatı Razı Nurullayev bildirir ki, Azərbaycanın ət məhsulları idxalını artırmasının bir neçə əsas səbəbi ola bilər.

"Ölkə daxilində ət istehsalı tələbatı tam ödəməyə bilər. Əhali sayı artdıqca və insanların qida rasionunda ətə olan tələbat yüksəldikcə daxili istehsal kifayət etməyə bilər və bu da idxalı artırır. Digər səbəb heyvandarlıq sahəsində problemlər lə bağlı ola bilər. Yem bazasının zəifliyi, otlaq sahələrinin azalması və ya iqlim şəraitinin əlverişsiz olması yerli istehsalın həcminə təsir edir.  Bu halda bazarda yaranan boşluğu doldurmaq üçün xaricdən ət gətirilir. Həmçinin, bəzi hallarda idxal olunan ət daha ucuz başa gəldiyi üçün sahibkarlar xarici bazarlara üstünlük verirlər. Bu da idxalın artmasına səbəb olur. Keyfiyyət və çeşid müxtəlifliyi də rol oynaya bilər. İstehlakçılar fərqli növ və keyfiyyətdə məhsullara maraq göstərdikdə, bu tələbi ödəmək üçün idxal genişlənir",- deputat bildirib.

Nurullayev əlavə edib ki, Azərbaycanın ət idxalının artması ilk baxışda narahatlıq doğura bilər, amma məsələ təkcə “ehtiyatların azalması” ilə izah olunacaq qədər sadə deyil. Burada bir neçə paralel faktor rol oynayır və onları birlikdə dəyərləndirmək daha düzgün yanaşmadır.

Kənd Təsərrüfatı Nazirliyi məələyə münasibət bildirmək istəmədi.

İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir
Cəmiyyət 13:37
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir
Bakı–Naxçıvan aviareysi ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Cəmiyyət 13:18
Bakı–Naxçıvan aviareysi ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Milli CERT-in göstərişlərini yerinə yetirməyən “.az” domenlərinin fəaliyyəti dayandırıla bilər
Cəmiyyət 13:11
Milli CERT-in göstərişlərini yerinə yetirməyən “.az” domenlərinin fəaliyyəti dayandırıla bilər
Sabaha yağış gözlənilir - proqnoz
Cəmiyyət 13:08
Sabaha yağış gözlənilir - proqnoz
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Cəmiyyət 13:02
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb
Cəmiyyət 12:59
Xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
Cəmiyyət 12:52
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
Bakının 2 rayonunda işıq olmayacaq
Cəmiyyət 09:11
Bakının 2 rayonunda işıq olmayacaq
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb
Cəmiyyət 23:35
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol