• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib
18.04.2026 10:30

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Qurumdan verilən məlumata görə, dumanlı, çiskinli hava şəraiti, xüsusilə gecə və səhər saatlarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə azalda bilər. BDYPİ həmçinin güclü küləyin yarada biləcəyi riskləri nəzərə alaraq sürücülərə qabaqlayıcı təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib.

Müraciətdə, xüsusilə yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin zəruri ehtiyat tədbirləri görməsinin və yol hərəkəti qaydalarına ciddi əməl etməsinin vacibliyi vurğulanıb.

BDYPİ bildirib ki, həftəsonu respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Qurum bölgələrə səfər edəcək sürücülərə yağışlı havada sürət həddini aşmamağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və imkan daxilində yola günün işıqlı vaxtında çıxmağı tövsiyə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol