• $
  • €
  • ₽
  • ₺
  • £

Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək

Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
15.05.2026 20:04

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.

WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.

Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarının şəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.

İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:

- A1 | 28 May

- A2 | Nərimanov

- A3 | İzmir

- A4 | Şıx

- A5 | İçərişəhər

- A6 | Sea Breeze

Eyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən "Airport Express" (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlu metrostansiyalarından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsiz fəaliyyətini davam etdirir.

"Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2–3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Dünya 22:26
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Ərdoğanın baş müşaviri vəzifəsindən ayrıldığını təsdiqləyib - yenilənib
Dünya 20:55
Ərdoğanın baş müşaviri vəzifəsindən ayrıldığını təsdiqləyib - yenilənib
Fars: В Ормузском проливе судно подверглось удару крылатой ракеты
Dünya 19:04
Fars: В Ормузском проливе судно подверглось удару крылатой ракеты
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
Dünya 15:09
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Dünya 11:54
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Azərbaycan millisi bu gün FIFA U-15 turnirində iki oyun keçirəcək
Dünya 09:52
Azərbaycan millisi bu gün FIFA U-15 turnirində iki oyun keçirəcək
İran ABŞ hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyini bildirib
Dünya 08:52
İran ABŞ hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyini bildirib
Yaponiyada 5,3 maqnitudalı zəlzələ olub
Dünya 08:45
Yaponiyada 5,3 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol