• $
  • €
  • ₽
  • ₺
  • £

WUF13: “Bakı mənzil böhranından real həllərə keçid üçün mesaj verməlidir” — UN-Habitat

WUF13: “Bakı mənzil böhranından real həllərə keçid üçün mesaj verməlidir” — UN-Habitat
18.05.2026 13:33

Qlobal mənzil böhranı artıq yalnız sosial deyil, həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları böhranına çevrilib. Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılışında çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.


O qeyd edib ki, dünyanın müxtəlif regionlarında hökumətlər əlçatan mənzil siyasətini genişləndirir. Latın Amerikası və Karib hövzəsində sosial mənzil layihələri və nəqliyyat yönümlü şəhərsalma inkişaf edir, Yaxın Şərqdə mənzil siyasəti iqtisadi şaxələndirmə ilə əlaqələndirilir, Avropa və Şimali Amerikada isə əlçatan mənzil, kirayə tənzimlənməsi və tikinti təklifinin artırılması istiqamətində islahatlar gücləndirilir.

Rossbaxın sözlərinə görə, şəhərlər mənzil sistemləri çökdüyü halda inkişaf edə bilməz.

“İnsanlar evlərini itirəndə yalnız dam və divarlarını deyil, təhlükəsizliklərini, dolanışıq imkanlarını və aidiyyət hissini də itirirlər",- o deyib.
UN-Habitat rəhbəri vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizə və mənzil siyasəti artıq ayrı-ayrı müzakirə edilə bilməz.

Onun sözlərinə görə, bu gün tikilən evlər gələcəyin iqlim risklərinə davamlı olmalıdır.

Rossbax bildirib ki, mənzil yalnız sosial ehtiyac deyil, həm də güclü iqtisadi mühərrikdir və maliyyə sistemləri spekulyasiyanı deyil, insanların mənzilə çıxışını maliyyələşdirməlidir.

O əlavə edib ki, hazırda dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır, 1 milyarddan çox insan gecəqondularda məskunlaşıb, 300 milyon nəfər isə evsizlik problemi ilə üzləşir.
UN-Habitat rəhbəri deyib ki, təşkilatın qlobal mənzil böhranı üçün bütün cavabları yoxdur, lakin hər bir iştirakçı bu problemin həllinin bir hissəsini daşıyır.

“Bakı iyulda BMT Baş Assambleyasının yüksək səviyyəli iclasına aydın mesaj göndərməlidir: mənzil böhranını sadəcə tanımaqdan konkret siyasətlərə, investisiyalara və fəaliyyətə keçmək lazımdır",- o əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol